Deputat: “Laçında baş verənlər erməni vəhşiliyinin, qaniçənliyinin bir daha əyani nümunəsidir”

GÜNDƏM 05 iyl 2022, 15:13
“Erməni faşistləri tarixən xalqımıza qarşı soyqırımları həyata keçirmiş, şəhər və kəndlərimizi xarabazarlığa çevirmiş, uzun illər torpaqlarımızı işğal altında saxlayaraq tarixi - mədəni, dini abidələrimizi məhv etmişlər”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Deputat vurğulayıb ki, onlar bu gün də öz çirkin əməllərini, insanlığa xas olmayan hərəkətlərini davam etdirirlər: 

“Məlum olduğu kimi, Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın altıncı bəndinə əsasən Laçın dəhlizinə alternativ yol çəkildikdən sonra Laçın rayonunda qeyri-qanuni məskunlaşmış ermənilər həmin əraziləri tərk etməlidirlər.



Artıq yolun tikintisi sürətlə aparılır və onun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Yeni alternativ yolun yekunlaşmaq ərəfəsində olması, dəhlizin və şəhərin Azərbaycana təhvil verilməsi erməniləri ciddi təşvişə salmışdır. Bakının “Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin təhlükəsizliyi tam təmin ediləcək“ çağırışları görünür erməniləri qane etmir və Azərbaycan dövlətinin tabeçiliyi altında yaşamaq istəmirlər. Belə olan halda ermənilər sözsüz ki, yaşayış məskənlərini tərk etməli olduqlarını yaxşı bilirlər”. 

Millət vəkili qeyd edib ki, ermənilər Ağdamda, Kəlbəcərdə və digər ərazilərdə olduğu kimi yenə də tərk etməli olduqları evləri, obyektləri, bağları, meşələri məhv edirlər, yandırırlar, talançılığa əl atırlar:

“Laçında baş verən bu hallar erməni vəhşiliyinin, qaniçənliyinin bir daha əyani nümunəsidir. Təəssüf doğuran haldır ki, Rusiya sülhməramlıları bu hərəkətlərdən, ermənilərin törətdikləri hadisələrdən xəbərdar olsalar da heç bir əsaslı tədbir görmürlər. Azərbaycan tərəfi bu əməllərə laqeyd deyil. Ancaq biz ermənilərin xislətini yaxşı bilirik, qarşıdurma yaratmamaqdan ötrü səbirli davranır və onsuz da bu əraziləri yenidən bərpa edəcəyimizi yaxşı bilirik. Erməninin aparacağı və ümid edəcəyi heç bir şey yoxdur. Bu xalq dilənçiliyə, rəzalətə və nifrətə məhkumdur və qazancı da budur”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top