Akademik Musiqili Teatrının əməkdaşları mükafatlandırıldı — FOTOLAR

İNCƏSƏNƏT 05 iyl 2022, 15:07
Akademik Musiqili Teatr 112-ci mövsümə yekun vurub. Bununla bağlı teatrda konsert proqramı təşkil edilib və mövsümün ən yaxşıları mükafatlandırılıb. 2015-ci ildən keçirilən ənənəvi tədbirdə mövsüm ərzində seçilənlər müxtəlif nominasiyalar üzrə mükafat və hədiyyələrlə təltif olunub. 

Teatrın direktor müavini Vəfa Mühacirova Demokrat.az-a bildirdi ki, Teatr mövsümü məhsuldar şəkildə geridə qoyub:

“İl ərzində demək olar ki, 7 tamaşa premyera təhvil vermişik. Düşünürəm ki, bir teatr mövsümündə bu çox uğurlu bir yaradıcı işdir. İnşallah növbəti mövsümdə də bu cür uğurlarla tamaşalarla davam etdirəcəyik. Tamaşaçılarımızı da növbəti mövsümdə teatrımızda gözləyirik.”

Aktrisa Gültac Əlili də mövsümü sevinclə və əlidolu başa vurduğunu bildirdi:

“Bu il mənim üçün də çox məhsuldar bir il oldu. Ona görə ki, mən bu il çətin və cəsarət tələb edən məsuliyyətli bir tamaşanın iştirakçısı oldum, təhvil verdim. Bizim teatrda bu cəsarəti bu ilk dəfə mən etdim. Ondan başqa mənim həyat yoldaşım Hüseyn Əlili prezident mükafatına layiq görüldü, bu bizim üçün ikiqat bayrama çevrildi. Təbii ki, mükafat alanlar sırasında mən də varam, əlbəttə, çox xoşbəxtəm.”



Gülçin Qorxmaz
Demokrat.az






 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top