Rusiyanın Ukraynadakı müharibədə itkiləri — SİYAHI

REGİON 05 iyl 2022, 13:00
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 36 350-yə yaxın canlı qüvvəsini itirib.

Bundan başqa, Rusiyanın 1 594 ədəd tankı, 3 772 ədəd zirehli döyüş maşını, 806 ədəd artilleriya sistemi, 247 ədəd reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 187 ədəd helikopteri, 144 qanadlı raketi, 2 634 ədəd nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 660 ədəd dronu və 65 ədəd xüsusi texnikası məhv edilib.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top