Taxıl sahələrinin 66 faizində biçin prosesi yekunlaşıb - FOTO

AQRAR-SƏNAYE KOMPLEKSİ 04 iyl 2022, 20:04
Respublikada taxıl biçini davam edir. 

Demokrat.az xəbər verir ki, iyulun 4-nə olan operativ məlumata görə, taxıl sahələrinin 66 faizində biçin prosesi yekunlaşıb. Biçin tam başa çatmış rayonların əkin sahələrində yay şumuna başlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu il Azərbaycanda hər hektardan 50-60 sentnerdən yuxarı məhsul götürən fermer təsərrüfatlarının sayı əvvəlki ilə nisbətən daha çoxdur: 


“Həmin təsərrüfatlarda apardığımız monitorinqlər göstərir ki, bol məhsul götürülməsində iki faktor önəmli rol oynayıb. O fermerlər sahələrdən daha yüksək məhsul götürürlər ki, əkin materialı kimi sertifikatlı toxumdan istifadə edirlər, həmçinin sahələrə düzgün aqrotexniki qulluq göstərirlər. Taxılçılıqda aqrotexniki qulluğun ilk mərhələsi biçindən dərhal sonra yay şumunun aparılmasıdır. Yay şumu becərmə dövründə fermerlərin əkin məsrəfinin azalması, həm də növbəti mövsümdə daha çox məhsul götürməsi baxımından mühüm əhəmiyyəti var. Yay şumu torpağn strukturunu yaxşılaşdırır, alaq otlarına və gəmiricilərə qarı mübarizə üçün sərf olunan xərcləri azaldır, torpağın üzvi gübrə ilə zənginləşməsini təmin edir. Təcrübəni nəzərə alaraq, fermerlərimiz bu il də biçindən sonra yay şumu aparmağa daha çox maraq göstərir. Artıq ölkə üzrə biçin başa çatmış ərazilərin 20 faizində yay şumu aparılıb”.

Artıq ölkə üzrə taxıl sahələrinin 66 faizində biçin başa çatıb. Ümumilikdə sahələrdən 1,968,320 ton məhsul yğılıb. Hazırda biçin prosesində 1655 kombayn iştirak edir. Bunlardan 651-i “Aqroservis” ASC-nin balansında olan kombaynlardır. Biçində həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 1004 kombayn da iştirak edir. Biçin prosesinin optimal müddətdə başa çatması nəzərdə tutulur.






















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top