Türkiyə XİN Qaraqalpaqda baş verənləri yaxından izləyir

XARİCİ SİYASƏT 04 iyl 2022, 19:41
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında baş verənlərə münasibət bildirib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

“Biz Özbəkistanın Qaraqalpaq Respublikasında baş verənləri yaxından izləyirik. Ümumi sivilizasiyaya, mədəniyyətə və tarixi bağlara malik olduğumuz strateji tərəfdaşımız, dost və qardaş Özbəkistanın sabitliyinə və firavanlığına böyük əhəmiyyət veririk. Tam əminik ki, Özbəkistan administrasiyası və xalqı baş verənləri sağlam düşüncə ilə, sülh və əmin-amanlıq şəraitində həll edəcək.

Hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik”, - Türkiyə XİN-in bəyanatında bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top