Prokuror qayınata və qayınanasını yandıran kürəkənə cəza tələb etdi

KRİMİNAL 04 iyl 2022, 16:34
Bakının Nəsimi rayonunda qayınata və qayınanasını yandırmaqda ittiham olunan Rövşən Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. 

Prokuror Rövşən Tağıyevin 20 il cəza verilməsini hakim heyətindən tələb edib. 

Növbəti proses iyulun 15-də davam edəcək.

İttihama görə, ötən il sentyabrın 19-da, saat 4 radələrində Nəsimi rayonu ərazisində, yaşadıqları mənzildə Mütəllim Babayev və arvadı Tahirə Babayevanın müxtəlif dərəcəli yanıq xəsarətləri almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bakı şəhər sakini Rövşən Tağıyev qeyd edilən tarixdə arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırıb, nəticədə sonuncu və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

İstintaq orqanı tərəfindən Rövşən Tağıyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top