Toydan çıxan kişi arvadını küçədə döydü — Gədəbəydə

KRİMİNAL 04 iyl 2022, 15:51
Gədəbəy rayonunda ər arvadına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Kiçik Qaramurad kəndində baş verib. 

1963-cü il təvəllüdlü Fərid Babayev şəxsi münasibətlər zəminində yaranan münaqişə zəminində arvadı Səmayəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 9 noyabr 2021-ci ildə, saat 12-13 radələrində Səçayə ilə Kiçik Qaramurad kəndində olan toyda iştirak ediblər: 

“Səmayənin toy mərasimi zamanı harasa getdiyini bildim. Təxminən saat 18 radələrində toydan çıxdıq. Yolda olarkən Səmayə bildirdi ki, valideynlərinin evinə gedib. Sərxoş olduğum üçün bundan əsəbləşdim. Səmayəni yumruq və təpiklə döydüm”. 

Fərid ifadəsinin sonunda törətdyi əməldən peşman olduğunu deyib. O, zərərçəkmişdən üzr istəyib və ona yüngül cəza verilməsini xahiş edib.

Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Fərid 6 ay müddətə azadlığın məhdulaşdırılması cəzasına məhkum olunub. 

Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək vəzifələri qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top