Tehranda İran, Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü keçiriləcək

XARİCİ SİYASƏT 04 iyl 2022, 15:00
“Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək”.

Demokrat.az xəbər verir ki, bunu İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən həftə Ankaraya səfəri zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə sözügedən üçtərəfli görüşün keçirilməsi barədə razılığa gəliblər. 

Abdullahian, həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri bu gün İran və Azərbaycan tərəfi arasında müzakirə olunacaq.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top