Kiril Budanov: “Müharibənin gələn il sona çatacağını düşünürəm”

REGİON 04 iyl 2022, 14:04
Rusiya ilə Ukrayna arasında müharibənin gələn il sona çatacağını düşünürəm.

Bu fikri “RBK-Ukrayna” agentliyinə müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov söyləyib.

Onun sözlərinə görə, bu ilin sonuna aktiv hərbi əməliyyatlar kifayət qədər azalacaq. Amma bu hələ son olmayacaq.

“Avqust ayında bütün dünya Ukraynanın ilk qələbələrini görəcək. Gələn ilə isə Ukrayna ordusu 1991-ci ildəki olan sərhədlərinə çıxmağı bacaracaq”, - deyə Kiril Budanov əlavə edib.(AZƏRTAC)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top