Sumqayıtda qayınanası tərəfindən döyülən gəlin onu bağışladı — MƏHKƏMƏ

KRİMİNAL 04 iyl 2022, 11:45
Sumqayıt şəhərində 1956-cı il təvəllüdlü Sevda Mehdiyeva gəlini Cəmiliyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il oktyabrın 25-də baş verib. Sevda gəlini Cəmalənin onu yataq otağına buraxmaması səbəbindən aralarında münaqişə yaranıb. 

Bu zaman Sevda Cəmalənin əl barmaqlarını arxaya əyərək, onun barmağını sındırıb, sonra isə döyərək xəsarətlər yetirib.
 
İstintaq orqanı tərəfindən Sevdanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sevda ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, oğlu Vahid Cəmilə ilə 7 ildir ailə həyatı qurub və hazıradək birlikdə yaşayırlar: “Təxminən 2 ilə yaxındır ki, münasibətlərimiz pisləşib. Buna görə də aramızda bir neçə dəfə mübahisəmiz olub. Mübahisələri əksəriyyəti sözlə olub. Cəmilə işə gedən zaman öz otağının qapısını bağlayıb, qapısının arxasına stul qoyduğu üçün mənə pis təsir edib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisə günü yenə də qapını eyni şəkildə bağladığına görə qapını açıb, stolu kənara qoyub: “Cəmilə isə təxminən 19.00-da işdən gəldi. Bu zaman onun qapının arxasına qoyduğu stulu götürüldüyünü gördü və aramızda mübahisə yarandı. Mübahisə daha sonra davaya çevrildi. Cəmilə mənə qarşı nalayiq ifadələr işlətdi, məni təhqir etdi. Üzərimə gələrək şillə ilə sifət nahiyyəmə vurdu. Bundan sonra Cəmilə yenə də sol qoluma əl və yumruq zərbələri vurmağa davam etdi. Cəmilənin əllərini tutaraq məni vurmamasını tələb etdi. Bu zaman oğlum məni arxadan tutub geri çəkdi. Bizi bir-birimizdən uzaqlaşdırdı. Bununla da aramızdakı mübashiə bitdi”.

Sevda deyib ki, mübahisə zamanı evdə oğlu Vahid, Cəmalə və onların övladları, 6 yaşlı Cəlal olub.

Zərərçəkmiş Cəmalənin sözlərinə görə, qayınanası Sevda ilə əvvəllər münasibətləri yaxşı olsa da,  sonradan qaynanası ilə təxminən 2 ildir münasibətləri pisləşib: “Aramızda bir neçə dəfə mübahisələrimiz olub. Adətən aramızda yaranmış mübahisələr sözdə baş verib, davaya çevrilməyib. Lakin son zamanlarda qaynanam daha da aqressivləşmişdi. Qaynanam son zamanlarda daima bizim otağımıza daxil olmaqda israr edirdi. Sonradan bir neçə dəfə otaqdan qəribə şəkildə bükülmüş saç tükü, sap və sairə əşyalar tapdım. Bunları qaynanam tərəfindən bizə mənəvi ziyan dəyməsi üçün edildiyini düşündüm. Bununla bağlı qaynanamdan aramızda mübahisə yaranmaması üçün otağımıza daxil olmamasını xahiş etdim. Lakin qaynanam bunu başa düşmədi”. 

Cəmalə qeyd edib ki, bu səbəbdən məcbur olaraq qapının arxasına stulu qoyub: “Buna səbəb isə qaynanamın otağa daxil olmasının qarşısını almaq olub. Sonuncu dəfə isə yenə də qapını eyni şəkildə bağladım. Təxminən saat 19.00-da işdən gəldikdə qaynanamın qapını açaraq otağıma yenə təkrar girdiyini gördüm. Qaynanamdan bunu nə üçün etdiyini soruşdum. aramızda mübahisə yarandı. Baş verən mübahisə zamanı qaynanam qəflədən üzərimə gəldi. Əlləri ilə sağ əlimi tutdu,b arxaya dorğu burdu. Bu zaman barmaqlarımda şiddətli ağrı başladı. Həmçinin qaynanam əli ilə saçımı dartdı, hicabımı açdı. Həmin zaman aramızdakı səs-küyə otaqdan həyat yoldaşım gəldi. Nizi aralaşdırdı. Bundan sonra öz otağıma keçdiyi zaman qaynanam arxamca otağa daxil olmağa çalışdı. Mən isə qaynanamın otağın qapısını açmasına mane oldum". 

Cəmalə ifadəsinin sonunda qayınanası ilə barışdığını, onu bağışladığını qeyd edib.
 
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Sevdanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
 
Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top