Məşhur klinikadakı ölümlə bağlı RƏSMİ AÇIQLAMA

HADİSƏ 04 iyl 2022, 11:11
“Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmalar başa çatdıqdan sonra istintaq orqanı hadisəyə hüquqi qiymət verəcək”.  

Bu sözləri Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova sözügedən üniversitetin Tədris Cərrahiyyə Klinikasında baş verən ölüm hadisəsi ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib.

O bildirib ki, açıqlamalar yalnız istintaq orqanı tərəfindən verilə bilər.  

Qeyd edək ki, klinikaya müayinə üçün gedən 1986-cı il təvəllüdlü Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsində eyvandan ataraq intihar edib. Nəsimi rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.  

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top