NASA-nın Aya missiya göndərəcəyi tarix məlum oldu

MARAQLI 03 iyl 2022, 19:31
NASA “Artemis 1” Ay missiyasını avqustun sonu-sentyabrın əvvəlində həyata keçirməyi planlaşdırır.

Demokrat.az xəbər verir ki, bu barədə “Engadget” NASA-nın Tədqiqatların İnkişafı üzrə Proqramın rəhbərinin müavini Cima Friyə istinadən məlumat yayıb.NASA artıq Aya uçuşla bağlı “Space Launch System” raketini sınaqdan çıxarıb.

“Artemis 1” missiyasının 23 avqust - 6 sentyabr aralığında həyata keçirilməsi nəzərdə tutulur. Pilotsuz “Orion” modulu mümkün uçuşun insan orqanizminə təsirini tədqiq etmək üçün Ay ətrafında dövr edəcək.

“Artemis 2” missiyası çərçivəsində 4 astronavtın 2025-ci ildən sonra Aya göndərilməsi nəzərdə tutulur./ apa.az

Demokrat.az


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top