Azərbaycanda at fermasının sahibi həbs edildi

KRİMİNAL 03 iyl 2022, 13:15
Xızıda fermer həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xızı rayon Məhkəməsinin qərarı ilə, rayonun Fındığan kəndində yaşayan və fərdi at təsərrüfatı olan 1967-ci il təvəllüdlü Mayıl Yolçuyevə 8 sutka inzibati həbs cəzası verilib.
 
Bilirilir ki, əslən Kəlbəcər rayonundan olan M.Yolçuyevin fermasındakı atlarla bağlı kənd sakinləri Xızı Rayon Polis Şöbəsinin sahə rəisinə şikayətlər ediblər. Bundan sonra sahə rəisi fermeri şöbəyə dəvət edib. Mayıl Yolçuyevlə profilaktik söhbətlər aparılarkən o, səbəbsiz yerə inzibati binanın xidməti otağında qışqıraraq polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlədib. Əl-qol hərəkətləri ilə qışqrmağa davam edən şəxsin əməli ilə bağlı az sonra raport tərtib edilərək rəhbərliyə məruz edilib və onun barsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
 
Qeyd edək ki, həbs edilən fermerin təsərrüfatında 20 başa yaxın at, xeyli sayda iribuynuzlu mal-qarası var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top