Türkiyə ilk dəfə "Akıncı" lazerlə idarə olunan raketi sınaqdan keçirib

REGİON 02 iyl 2022, 20:44
Türkiyə Bayraktar “AKINCI” pilotsuz uçuş aparatının (PUA) lazerlə idarə olunan raketini sınaqdan keçirib.

 Türkiyə istehsalı olan Bayraktar “AKINCI” zərbə vuran pilotsuz uçuş aparatı milli Aselsan şirkəti tərəfindən hazırlanmış “LGK-82” lazerlə idarə olunan raketi uğurla buraxıb.

Məlumata görə, iyulun 1-də pilotsuz təyyarə Türkiyənin şimal-qərbində yerləşən Tekirdağ vilayətindəki Çorlu aviabazasından havaya qalxıb və 9 min metrdən çox hündürlükdə lazerlə idarə olunan qanadlı raket atıb və hədəfi dəqiqliklə vurub.

Əvvəllər pilotlu təyyarələr tərəfindən istifadə edilən bu növ sursat ilk dəfə “AKINCI”-da sınaqdan keçirilib.
Türkiyə son illərdə təkcə silahlı qüvvələrinin ehtiyaclarını ödəmək üçün deyil, həm də pilotsuz təyyarələrin ixracı üçün istehsala başlayıb.

Hazırda Türkiyənin Bayraktar “TB-2 PUA”-larını Azərbaycan, Qətər, Liviya, Mərakeş, Polşa və Ukraynadövlətləri alır.

Bu tip pilotsuz təyyarələrdən Qarabağ, Suriya və Liviyadakı döyüş əməliyyatlarında istifadə olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top