Kraliça II Elizabeti Ceyms Bondla nə bağlayır? — VİDEO

MARAQLI 02 iyl 2022, 15:52
Onun çantası şifrəli xəbərdarlıq vermək üçün vasitədir. Barmağındakı üzüyə toxunarsa, hansı gizli mesajı verdiyini köməkçiləri dəqiq bilir. Onunla yemək masası ətrafında oturmaq o qədər də asan deyil. Hər kəs yeməyə kraliçadan sonra başlamalıdır və ondan gec olmayaraq bitirməlidir. Söhbət 1953-ci ildə 25 yaşında Britaniya taxt-tacına sahib olan kraliça ikinci Elizabetdən gedir.

Kraliçanın taxta çıxmasının ildönümü Böyük Britaniyada bayram ab-havasında qeyd olunur.

2012-ci ildə də kraliça həzrətləri London Olimpiadasının açılış mərasimi üçün Agent 007 - Ceyms Bondla qısametrajlı filmə də çəkilmişdi. Belə ki, kraliçanın obrazından istifadə etmək üçün saraydan icazə alınır. Saraydan nəinki müsbət cavab gəlir, həmçinin qeyd edilir ki, Əlahəzrət şəxsən özü Ceyms Bond rolunun ifaçısı Deniel Kreyqlə çəkilməyə müsbət cavab verib. Bu əsl sensasiya idi. Həmin videoçarxın Olimpiadanın açılışında göstərilməsi, Bondla birlikdə guya helikopterdən tullanmasə, daha sonra isə kraliçanın stadiona daxil olaraq qonaqlar arasında yer alması London Olimpiyadasının açılış mərasiminin ən maraqlı məqamı idi. Bir kraliçanın belə bir şouya rəng qatması və iştirakçısı olması əslində II Elizabetin sadə, həmçinin yüksək yumor hissinin olmasından xəbər verirdi.

Baku TV-nin kraliça II Elizabet ilə bağlı araşdırmasını təqdim edirik:



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top