Ukrayna Rusiyanın itkilərini açıqladı

REGİON 02 iyl 2022, 11:45
"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkilərinin sayı 35 870 hərbçi təşkil edir”.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

Qeyd olunub ki, bundan əlavə Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1582 tank, 3737 zirehli maşın, 800 artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 186 helikopter, 653 operativ-taktiki PUA, 144 qanadlı raket, 15 gəmi/qayıq, 2614 avtomobil və avtoçən, 61 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ordusu Baxmut istiqamətində itkilər verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top