Zelenski: “NATO-nun keçmiş Baş katibi Ukrayna üçün təhlükəsizlik təminatları hazırlayacaq”

DÜNYA 02 iyl 2022, 00:23
Kiyev üçün təhlükəsizlik təminatlarının hazırlanması platformasına NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen, eləcə də Ukrayna liderinin Administrasiyasının rəhbəri Andrey Yermak rəhbərlik edəcək.

Bu barədə Ukrayna Prezidenti  Volodimr Zelenski bildirib.

O, Anders Foq Rasmussenə “prosesdə birbaşa iştirakına” görə təşəkkür edib. Ukrayna Prezidentinin sözlərinə görə, yeni platforma əsaslı şəkildə Ukrayna üçün konkret təhlükəsizlik təminatları yarada bilər.

Zelenski “Telegram” kanalında qeyd edib ki, qrupda “praktik təcrübəyə malik güclü ekspertləri” birləşdirmək vacibdir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top