Britaniyada meymunçiçəyinə yoluxanların sayı durmadan artır

DÜNYA 01 iyl 2022, 23:05
Böyük Britaniyada meymunçiçəyi xəstəliyinə daha 159 yoluxma halı qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə krallığın Səhiyyə Sahəsində Təhlükəsizlik Agentliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə meymunçiçəyinə yoluxanların ümumi sayı 1235 nəfərə çatıb.

Bildirilir ki, ən çox yoluxma halı krallığın təxminən 85 faiz əhalisinin yaşadığı İngiltərədə qeydə alınıb. İyunun 30-u üçün burada 1 185 yoluxma halı aşkarlanıb.

Qeyd edilir ki, İngiltərədə meymunçiçəyinə yoluxanların 77 faizi London sakinidir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top