Bakıda pasiyent burun əməliyyatı zamanı öldü

HADİSƏ 01 iyl 2022, 18:15
Bakıda xəstəxanalardan birində xəstə əməliyyat masasında dünyasını dəyişib.

“Report”un Muğan bürosunun məlumatına görə, əslən Biləsuvar rayonundan olan, Bakı şəhərində yaşayan 50 yaşlı Əhməd Kazımov burun əməliyyatı zamanı vəfat edib.

Mərhum Biləsuvar rayonunun Amankənd kəndində dəfn olunub.

Qohumlarının iddiasına görə, Ə.Kazımov həkim səhlənkarlığı nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top