Ekspert: “Yeganə çıxış yolu ölkədə kağızın təkrar emalını genişləndirməkdir”

GÜNDƏM 01 iyl 2022, 16:31
Hazırda kağız dünyada insanlar tərəfindən ən çox istifadə olunan sənaye məhsullarından biridir. Kağız və ondan hazırlanan məhsullar insanların gündəlik həyatında olduqca önəmli yerə sahibdir. Xüsusilə, elm və təhsil ocaqlarında, nəşriyyatlarda, mətbuat orqanlarda, həmçinin yüngül və yeyinti sənayesində kağız və ondan hazırlanan məhsullara böyük ehtiyac var. Lakin son aylar kağızın qiymətinin bahalaşması müşahidə olunmaqdadır. Bəs, Azərbaycanda kağız istehsalı üçün imkan varm?

Sualımıza aydınlıq gətirən iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan özü kağız istehsal etmir, əslində kağız istehsal da edə bilməz. 



Ekspert qeyd edib ki, buna səbəb isə bizim meşə ehtiyatımızın kifayət olmamasıdır:

“Ona görə də, xaricdən kağız almağa məcburuq. Yeganə çıxış yolu budur ki, Azərbaycanda bu sahədə təkrar emalı genişləndirmək olar. Bunun üçün də imkanlarımız var. Hesab edirəm ki, Azərbaycanda makulatura yığımını stimullaşdırmaq və təkrar emalı artırmaq olar. Bununla bağlı kifayət qədər işlər görülə bilər ki, bu da kağıza olan tələbatımızı xeyli dərəcədə azalda bilər. Təəssüf ki, bu sahədə görülən işlər çox zəifdir. Həm  makulaturanın yığımı, onun təkrar emalı, bu yığımı stimullaşdırılması çox aşağı səviyyədədir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top