“Çörək yemə, sağlam ol!” — Dietoloqdan vacib tövsiyələr

SOSİAL 01 iyl 2022, 14:47
Son zamanlar taxıl və un qıtlığı ilə bağlı təşviş yaradan faktlar, ölkəmizdə insanların aşırı çörək istehlakını müzakirə mövzusuna çevirib. 

Dietoloq Fuad Məcid Demokrat.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda il ərzində adambaşına düşən çörəyin miqdarı 80 kq-dır:
 
“Bu aşırı dərəcədə çoxdur. Hətta bəzən bir insan 80 deyil, 100 kq-ya qədər çörək yeyir. Bir həkim kimi söyləyirəm ki, sağlam olmaq istəyirsinizsə, karbohidratdan uzaq olun, bol su için. Çörək Allahın nemətidir, yemək lazımdır, amma normal şəkildə.



Səhər yeməyində 100-150 qr çörək, yəni 2 dilim, günorta 100 qr, axşam 100 qr yeyə bilərsiniz. Əgər səhər, günorta normal miqdarda çörək yemisinizsə, axşam çörək yemək mərasimini unudun. Bir də ki, çalışın, ağ çörək yox, kəpəkli, çovdar və qarğıdalı unundan hazırlanmış çörəkdən istifadə edin. Ən azından bu növ unlarda qlüteinin miqdarı çox azdır. Qlütein çox zərərli kimyəvi maddədir. İki qab ət ye, toyuq ye, balıq ye, amma çörək yemə. Çünki, çörəyin tərkibində karbohidrat çoxdur. Karbohidrat isə şəkəri yüksəldir, ürək, qan-damar xəstəliklərinin yaranmasına, baş ağrılarına, saçın tökülməsinə səbəb olan maddədir. Son zamanlar əksər insanlar qəbizlik problemi yaşayır, səbəbi çörəkdir. Qlüteindən- çörəkdən uzaq olun, sağlam qalın.”

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top