Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başa çatdı

XARİCİ SİYASƏT 01 iyl 2022, 14:34
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başa çatıb.

Demokrat.az xəbər verir ki, bağlanış nitqi ilə Azərbaycan parlamentinin sədri çıxış edib.

O, konfrans iştirakçılarına təşəkkürlərini çatdırıb.

Tədbir iştirakçıları sabah - iyulun 2-də Şuşa şəhərinə səfər edəcək. Onlar şəhərdə aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak ediblər. Nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədri də yer alıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top