Finlandiyanın XİN rəhbəri: “Türkiyə ilə kofe fasiləsi zamanı razılığa gələ bildik”

REGİON 01 iyl 2022, 11:45
“Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyə ilə danışıqlarda dönüş nöqtəsi kofe fasiləsi oldu”.

Bunu “El Mundo” nəşrinə müsahibəsində Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.

XİN rəhbəri Ankara ilə imzalanan müqaviləni uğur adlandırıb: “Biz uzun müddət danışıqlar apardıq və mətnin çoxlu müxtəlif versiyaları var idi. Ankarada danışıqlarımız, Brüsseldə bir neçə görüşümüz olub”.

Haavistonun sözlərinə görə, bir çox ziddiyyətlər olduğundan o, Madriddə keçirilən NATO sammitində tərəflərin razılığa gələcəyini gözləmirdi: “Bəlkə də dönüş nöqtəsi kofe fasiləsi oldu. Tərəflər eyni ifadələri təkrarlayaraq iki saat oturdular, lakin fasilə zamanı biz yaradıcı fikirlər tapdıq və ümumi bir həll tapmaq üçün mətni dəyişdirə bildik”.

Nazir qeyd edib ki, Helsinki alyansa daxil olmaq üçün qanunları dəyişdirməyə ehtiyac duymur: “Əsas məsələ əməkdaşlığı gücləndirməkdir. Biz Türkiyə hökumətindən məlumat almağa və terrorla bağlı məsələlərdə əməkdaşlığa hazırıq. Amma bütün qərarlar Finlandiya qanunlarına uyğun olaraq qəbul edilir”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top