Bakıda sərxoş oğul anasını taxta parçası ilə döydü — TƏFƏRRÜAT

KRİMİNAL 01 iyl 2022, 09:35
Bakının Suraxanı rayonunda oğul anasına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə hadisə bu ilin yanvarın 20-də, saat 21.00-da baş verib. 

Bakı şəhər sakini, 1994-cü il təvəllüdü Fuad anası Məlahəti (adlar şərti verilib – red.) taxta parçası ilə döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Fuadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fuad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, yanvarın 20-də, saat 21 radələrində evə alkoqol sərxoşluğu vəziyyətində gəlib: “Anam məni sərxoş vəziyyətdə gördü, irad bildirməyə başladı. Həmin vaxt sərxoş olmam səbəbindən əsəbiləşdim. Taxta parçası götürərək anamın sağ qol nahiyəsindən vurdum. Əməlimdən çox peşmanam”.

Zərərçəkmiş isə ifadəsində oğlu ilə barışdığını, ondan şikayəti olmadığını deyib. 

Suraxanı rayon Məhkəməsinin qərarı ilə Fuadın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top