Samur-Abşeron kanalına düşən gəncin meyiti tapıldı

HADİSƏ 01 iyl 2022, 10:01
İyunun 27-də yol-nəqliyyat qəzası nəticəsində Samur-Abşeron kanalına (Quba rayonunun Hacıhüseynli kəndi) düşən 1995-ci il təvəllüdlü Əmirov Rəvan Zakir oğlunun axtarışları yekunlaşıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, bu gün səhər saatlarında “Şimal” dalğıc-axtarış qrupu R.Əmirovun meyitini batdığı yerdən təqribən 8 km məsafədə Samur-Abşeron kanalının Quba rayonu, Barlı qəsəbəsi ərazisindən keçən hissəsində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırmışdı. Nəticədə sürücü sudan çıxarılmış, onun sərnişini Rəvan Əmirov isə suda boğulmuşdu.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top