Goranboyda qəza: Xəsarət alanlar var

HADİSƏ 30 iyn 2022, 21:37
Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Balakürd kəndində qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 3 nəfər - 1948-ci il təvəllüdlü Murad Paşayev, 1959-cu il təvəllüdlü Tamella Muradova və 2012-ci il təvəllüdlü H.Paşalı xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, xəsarət alanlardan M.Paşayevin vəziyyəti ağır, digərlərinin orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top