Sevgililər Günü... Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan ictimai rəyində özünə yer tuta bilən tarixlərdən biri məhz budur.
Son illərə qədər Sevgililər Günü fevralın 14-də qeyd olunurdu. Buna Valentin Günü də deyirlər. Amma son bir neçə ildə 30 iyun da Sevgililər Günü kimi qeyd olunur. Bu isə 20 Yanvar şəhidləri İlhamla Fərizənin evlilik günü ilə əlaqədardır. Düzdür, həmin gün məhəbbətə, diqqətə ehtiyac sanki daha da çoxalır. Küsülülər barışır, sevgisini deməyənlər bu addımı atmağa cəsarət edir. Kiminsə bəxti gətirir, kiminsə yox. Buna baxmayaraq, Sevgililər günündə hər kəs sevgilisinin onu xatırlamasını gözləyir. Sevgi üçün hansı tarixdə bayram yaşamasının bir fərqi yoxdur. Amma cütlüklər arasında sevgililər gününün hansı tarixdə qeyd olunması çətinlik yaratmağa başlayıb. Kimi dini, kimi də milli dəyərlər baxımından sevgililər gününü İlham və Fərizənin toy günü - 30 iyunda qeyd etməyi münasib görür.
Bəs görəsən, təqvimin hansı tarixini Sevgililər Günü kimi qeyd edilməlidir?
Məsələyə münasibət bildirən sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında bildirib ki, əgər seçim qarşısında qalarıqsa təbii ki, bizim üçün milli əhəmiyyət kəsb edən, bizim üçün müqəddəs olan bir günü seçməliyik. Əgər bu tarixlər arasında biz seçim etməliyiksə, 14 fevral ilə 30 iyunu bir tərəziyə qoymamalıyıq:

“Qeyd edim ki, biri əxlaqsızlığın təbliğ edildiyi, biri də əbədi sevginin sübut olunduğu gündür. Ona görə, məncə, bu ikisi eyni cümlədə istifadə edilməməlidir. Amma çox təəssüf ki, 14 fevralı kütləvi qeyd edənlər daha çoxdur. Deyim ki, anlayaraq qeyd edirlər, yox. Sadəcə bu tarix kor-koranə qeyd olunur. Bu günün tarixi ilə bağlı yazılar kifayət qədərdir. Elə öz dilimizdə, Azərbaycan dilli platformalarda kifayət qədər bu günün tarixi ilə bağlı məlumatlar var. Sadəcə bəzi vətəndaşlarımız oxuyub məlumatlanmaq istəmirlər. Küyə düşmək, hamı ilə bərabər qeyd etmək bir növ işlərinə gəlir o insanların. 30 iyun tarixi ilə bağlı bugün şəhərə çıxıb kiçik bir sorğu eləsək, əksəriyyət bilməəyəcək nə olub, kimlərin nigahı bağlanıb. Yəni məlumatsızdılar, amma 14 fevralla bağlı sorğu eləsək, sadəcə biləcəklər ki, bu gün Valentin günüdür. Bir dənə onu deyirlər ki, Valentin günüdür. Valentin kimdir? Missiyası nə olub? Bu insan nə işlə məşğul olub? Cəmiyyətə faydalılıq dərəcəsi nə qədərdir? Heç bir məlumatı yoxdur o insanların. Ancaq Valentin gününü qeyd edirlər. Əgər siz desəz ki, Valentin əxlaqsızlığın yer üzündəki təməl qoyanlarından biri olub, əlbəttə ki, inanmayacaqlar. Hətta, daş-qalaq edərlər insanı, həqiqətən də belə şeylərlə rastlaşırıq”.
Sosioloq hesab edir ki, bütün hallarda sevginin günü hər fərdə özəl olmalıdır:
“Kimi yarını ilk gördüyü günü sevgililər günü kimi qeyd edir, kimi yarı ilə qovuşduğunu, toy gününü, yəni nişan gününü. Hərə də bu fərqli-fərqlidir. Məncə fərddən fərdə də dəyişir sevgililər günü anlayışı. Hesab edirəm ki, bu variant daha doğrudur. Çünki hər kəs sevgi üçün qeyd ediləsi ən əhəmiyyətli günün hansı tarix olduğunu özü şəxsən bilir. Ona görə də, fikrimcə, sevgililər günü hər kəsə üçün özəl, şəxsi olmalıdır”.
Aynurə Pənahqızı
Demokrat.az