Tolik verilişdən qovulan müğənnini müdafiə etdi: “Bu, tərbiyəsizlikdir” (VİDEO)

ŞOU-BİZNES 30 iyn 2022, 11:32
Ötən gün “Həmin Zaur” verilişində şounun aparıcısı Zaur Kamalın Cənubi azərbaycanlı müğənni Afşin Azərini efirdən qovması gündəm olub. 

Demokrat.az xəbər verir ki, qalmaqallı hadisəyə “Tarixin bir günü” şousunun aparıcısı, prodüser Tarix Əliyev reaksiya bildirib. 

O, sosial şəbəkə hesabında Afşinlə fotosunu paylaşaraq, Zaur Kamalı və şounu yayımlayan ARB televiziyasını tərbiyəsizlikdə günahlandırıb.  

“Burada özümə nə reklam, nə də xal qazanmaq fikrindəyəm. Amma onu bilirəm ki, İranda Azərbaycan qanı daşıyan 40 milyon azərbaycanlı var. Onlar bizi hər zaman özlərindən bilirlər. 

Afşini dəfələrlə efirimə dəvət etmişəm. Zaur da bu gün növbəti dəfə Afşini öz verilişinə dəvət edib. Amma illərlə televiziyada öz tamaşaçı kütləsini yığan və özü dediyi kimi İranda yaşayan həmvətənlərimizin izlədiyi bir verilişdə azərbaycanlı olsa da, ölkəmizdə qonaq olan tanınmış bir sənətçini canlı efirdən qovmaq həm kanal, həm də ölkə adına tərbiyəsizlikdir. 

Sabah İranda yaşayan erməni deyəcək ki, bəs deyirdiz öz vətənimizdir?! Bu da vətəninizdə sənətçinizi efirdən qovurlar. Afşin, mən öz adımdan deyim ki, sən tərbiyən və səbrinlə bir çoxuna nümunə oldun! Yaşa! Bir də çox yaxşı dedin, kişi arasında olan söz elə kişi arasında qalar”.(bizim.media)



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top