Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq

AQRAR-SƏNAYE KOMPLEKSİ 30 iyn 2022, 08:30
Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı saziş imzalayacaqlar.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi bildirib.

Nazir qeyd edib ki, 10 ölkə ilə aqrar sahədə əməkdaşlıq barədə sazişin imzalanmasına hazırlıq görülür. Həmin ölkələr arasında Azərbaycanla yanaşı, Venesuela, Qazaxıstan, Sudan və Əlcəzair də var.

Vahit Kirişçinin sözlərinə görə, mümkün ərzaq böhranına qarşı tədbirlər görülür.

İqlim baxımından Türkiyədə istehsal edilməsi çətin olan məhsullar xaricdə icarəyə götürüləcək torpaqlara əkiləcək. Kənd Təsərrüfatı Nazirliyi Latın Amerikası və Afrikanın bir neçə ölkəsində torpaqların icarəyə verilməsi ilə bağlı danışıqlara başlayıb.

"Bizə təkliflər edən ölkələr var: Azərbaycan, Venesuela, Qazaxıstan, Əlcəzair, Sudan. Bununla bağlı danışıqlar gedir", - nazir bildirib.

Nazir əlavə edib ki, sözügedən ölkələrlə əməkdaşlıq üçün işlərə başlanılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top