İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı — FOTOLAR

HADİSƏ 29 iyn 2022, 14:21
İyun ayının 28-də saat 18:00 radələrində Yardımlı rayonunun Ləzran kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib.

Bu barədə Demokrat.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sahibsiz halda kolluqluqların arasında gizlədilən 1 ədəd bağlama içərisində təxmini çəkisi 5 kiloqram 845 qram narkotik vasitəyə (4855 qram “heroin” və 990 qram “metamfetamin”) bənzər maddələr aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top