6 rayonun azadlığı uğrunda döyüşən ŞƏHİD: “Atama yaxşı baxın, xəstədir” (VİDEO)

SOSİAL 29 iyn 2022, 12:30
ATV-nin “Bizimləsən” proqramında İkinci Qarabağ müharibəsində Şəhid olanda 28 yaşlı Taleh Gündüz oğlu Yusifov barəsində geniş müzakirə aparılıb.

Demokrat.az xəbər verir ki, 2020-ci il noyabr ayının 4-də Laçın rayonunun azadlığı uğrunda gedən qanlı döyüşdə qəhramancasına Şəhid olan Taleh Yusifovun nəşi 22 gün tapılmayıb. 27 noyabr Samux rayonunun Ziyadlı kənd qəbristanlığında dəfn olunub.

Efirə qatılan Talehin ailəsi onun barəsində danışaraq fəxr etdiklərini bildiriblər:

“Taleh hər kəsin yaddaşında xoş xatirələr buraxıb. Bərbər kimi fəaliyyət göstərirdi. O qədər abırlı insan idi ki, kim gəlirdisə, deyirdi qonaq ol. Səfərbərliklə döyüşlərə qatıldı. Hər dəfə telefonla danışanda deyirdi ki, atam xəstədir, ona yaxşı baxın, mən qayıdacam. 6 rayonun azadlığı uğrunda döyüşüb. 18 noyabr ad günün idi. Ona dedim ki, sənə sürprizim var. Düşünürdüm ki, 1 günlük ad gününü birlikdə keçirərik, sonra qayıdar. Amma Taleh ad gününü Laçında Şəhid olaraq keçirdi”.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top