“Məşğulluq marafonu” üzrə 2400-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olundu

SOSİAL 29 iyn 2022, 11:32
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na ötən dövrdə 649 işəgötürən qoşulub.

Demokrat.az xəbər verir ki, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4563 vakansiya təqdim ediblər.  

Həmin vakansiyalar üzrə artıq 2411 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 2016 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir.

“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top