Kəlbəcər belə qurulacaq — VİDEO

QARABAĞ 29 iyn 2022, 08:43
Kəlbəcər şəhəri füsunkar məkana çevriləcək. Artıq şəhərin baş planı hazırlanaraq ölkə rəhbərinə təqdim edilib.

Bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov deyib.

Onun sözlərinə görə, Kəlbəcər şəhərində fərdi yaşayış evləri ilə yanaşı, 4-5 mərtəbəli binaların tikintisi nəzərdə tutulur. Bərpa-quruculuq işləri şəhərin coğrafi relyefi nəzərə alınmaqla aparılacaq.

İlqar İsbatov bildirib ki, baş plana əsasən, şəhərin ərazisi 237 hektara qədər böyüyəcək. 17 min nəfər əhali üçün nəzərdə tutulan şəhərin uzunluğu 4 kilometrdən artıq olacaq.

Sakinlər Kəlbəcər şəhərində salınacaq parklardan şəhərin əsrarəngiz təbiətini izləmək imkanı qazanacaqlar. Kəlbəcər şəhərində Aşıq muzeyinin, eləcə də İşğal və Zəfər muzeylərinin tikilməsi nəzərdə tutulub. İlqar İsbatov deyib ki, mütəxəssislər Kəlbəcərdə dağ memarlıq üslubunun yeni məzmunda inkişaf etdirilməsini təklif ediblər. Bununla bağlı artıq nümunələr də hazırlanıb.

İlqar İsbatov onu da əlavə edib ki, Kəlbəcər şəhərində yaşıl enerji və ağıllı şəhər konsepsiyalarından istifadə olunacaq.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top