Naftalanda avtomobil aşdı, ana və övladı xəsarət aldı

HADİSƏ 29 iyn 2022, 08:30
Naftalan rayonuna qonaq gedən qadın və övladı yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıblar.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Naftalan şəhərində, xəstəxananın yaxınlığında qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrinin biri idarəetmədən çıxaraq aşıb.

Nəticədə aşan avtomobildə olan 1981-ci il təvəllüdlü Y.İbrahimova və onun övladı, 2009-cu il təvəllüdlü C.İbrahimov müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top