Gürcüstanla Rusiya arasındakı sərhəd bağlandı

REGİON 27 iyn 2022, 20:52
Gürcüstan və Rusiya Federasiyasını birləşdirən yeganə quru sərhəd qapısı olan “Kazbegi” güclü yağışdan sonra çayların daşması və yolun çökməsi səbəbindən müvəqqəti bağlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Administrasiyası məlumat yayıb.

Məlumatda hava şəraitinin pisləşməsi ilə əlaqədar “Kazbegi” sərhəd qapısında bütün əməliyyatların müvəqqəti dayandırıldığı bildirilib.

Açıqlamada, sərhəd qapısının yol tikintisi işlərindən sonra açılacağı bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top