Çobanın bəslədiyi qoç onun həyatına son qoydu

REGİON 27 iyn 2022, 19:35
Türkiyənin Dənizli bölgəsində çoban bəslədiyi qoç tərəfindən öldürülüb.

Demokrat.az xəbər verir ki, Dənizlidə çobanlıq edən 66 yaşlı Əhməd Ulduz evinin həyətində halsız halda tapılıb.

Dərhal xəstəxanaya yerləşdirilən Əhməd həkimlərin bütün müdaxilələrinə rəğmən qurtarıla bilməyib.

Yaxınlarının bildirdiyinə görə, vaxtının çoxunu heyvanlarına ayıran çoban bəslədiyi qoçun ona kəllə vurması nəticəsində dünyasını dəyişib.

Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top