Ceyhun Bayramov Azərbaycanın yeni hədəfini açıqladı

XARİCİ SİYASƏT 27 iyn 2022, 14:34
"Qlobal təhlükəsizliyə qarşı artan təhdidlər fonunda üçtərəfli əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir. Nəqliyyat və kommunikasiya bizim daha sıx və qarşılıqlı fəaliyyət göstərəcəyimiz sahələrdir".

Demokrat.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov iyunun 27-də Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin ilk üçtərəfli görüşündə deyib.

Nazir vurğulayıb ki, Azərbaycanın yeni hədəfi regionda sabitliyə nail olmaqdır.

Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatının regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın gücləndirilməsi baxımından effektiv platforma rolunu oynayacağından əminliyini ifadə edib.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top