Bakıda tələbə dənizdə boğuldu

HADİSƏ 27 iyn 2022, 08:43
Bakının Sabunçu rayonunda dənizdə bir nəfər boğulub.

Hadisə Pirşağı qəsəbəsində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Əhmədov Bakıda kirayədə yaşayırmış.

O, Texniki Universitetin üçüncü kurs tələbəsi olub.(apa.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top