İran səfirliyi Azərbaycan ordusunu təbrik etdi

GÜNDƏM 26 iyn 2022, 18:29
İranın Azərbaycandakı səfirliyi Azərbaycanın Silahlı Qüvvələri Günü münasibəti ilə Azərbaycan komandanları və ordusunu təbrik edib.

Demokrat.az xəbər verir ki, bununla bağlı İranın Azərbaycandakı Səfirliyi özünün Tviter səhifəsində paylaşım edib.

“İran Səfirliyi Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Azərbaycan komandanları və ordusunu təbrik edir. İki qonşu ölkənin silahlı qüvvələri arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir. Bu əməkdaşlıq Cənubi Qafqazda və Xəzər dənizində sülh və sabitliyə zəmanət verəcək”, - deyə paylaşımda bildirilir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top