"Biz Tayvanı hərbi yolla alacağıq"

DÜNYA 26 iyn 2022, 16:28

Çin Tayvanı geri qaytarmaq üçün hərbi yolu da nəzərdən keçirərək istənilən addımı atmağa hazırdır.

Demokrat.az xəbər verir ki, bunu Çinin Fransadakı səfiri Lu Şaye yerli nəşrə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkə Tayvanı müstəqil dövlət hesab etmir, çünki ada uzun müddət Çinin tərkibində olub. "Biz Tayvanı bütün vasitələrlə, o cümlədən hərbi yolla alacağıq", - səfir bildirib.

Bundan əvvəl Çinin müdafiə naziri Vey Fenxe bəyan etmişdi ki, əgər kimsə Tayvanı ayırmağa cəhd edərsə, Çin sona qədər mübarizə aparacaq. Nazirin sözlərinə görə, bu Çinin yeganə seçimidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top