Qardaş təbriki

HƏRBİ 26 iyn 2022, 16:24

Bütöv Vətən Hərəkatında qəhrəmancasına və fədakar mübarizəsi ilə Qarabağdakı torpaqlarını işğaldan azad edərək qüdrətini bütün dünyaya nümayiş etdirən və bizləri də qürurlandıran Azərbaycan Silahlı Qüvvələrini bu əziz gün münasibətilə təbrik edir və qardaşlarımızı ürəkdən salamlayırıq.

Demokrat.az-ın məlumatına görə, Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) bu ifadələrlə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb.
Azərbaycan Silahlı Qüvvələrinin qoşun birliyinin nizami hərəkətini əks etdirən, eləcə də Azərbaycan və Türkiyənin dövlət bayraqlarının birgə dalğalandığı fotoların da əks olunduğu təbrik MMN-nin rəsmi saytında paylaşılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top