Kiyevə raket zərbəsi səfirliyimizin binasını da zədələdi - Diplomatlarımız TƏHLÜKƏDƏDİR (ÖZƏL)

GÜNDƏM 26 iyn 2022, 14:37
Rusiya ordusunun Ukraynaya raket hücumu nəticəsində Kiyevdə yerləşən Azərbaycan səfirliyinə də ciddi zərər dəyib.

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Kiyevə raket zərbəsi nəticəsində səfirliyin şüşələri qırılıb, qapı və pəncərələrinə ciddi ziyan dəyib. Bina raket zərbəsi nəticəsində möhkəm sirkələnib. Bir neçə yerdən sınıq, divarlarda çatlar əmələ gəlib.

Qeyd edək ki, son iki ayda ikinci dəfədir ki, səfirliyin binası raket hücumu nəticəsində zərər görür. Birinci zərbədən dəyən ziyanın nəticələri böyük vəsait hesabına aradan qaldırılsa da hazırda səfərlik əməkdaşları növbəti dəfə bunu etmək üçün təhlükəsiz vaxt gözləyirlər. 
Onu da qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşlarının təhlükəsizliyi ciddi şəkildə pozulub. Hazırda səfirliyin  əməkdaşları üçün çox qorxulu vəziyyət yaranıb. 

Xatırladaq ki, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç  Kiyev sakinlərinə müraciət edib. Müraciətdə Kiyev əhalisini gün ərzində Rusiyanın raket zərbələrindən qorunmaq üçün təhlükəsizlik yerlərdə qalmaları tövsiyə edilir. 




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top