“Qarabağ həm yerli, həm də xarici şirkətlərin fəaliyyət meydanına çevrilib” — ŞƏRH

GÜNDƏM 25 iyn 2022, 12:30
Xəbər verdiyimiz kimi, Bakıdan Füzuliyə ilk müntəzəm avtobus reysi açılıb. 

VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Demokrat.az-a açıqlamasında vurğulayıb ki, dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı ilə hazırlanmış “Böyük Qayıdış” proqramının icrasına Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində başlanılıb. Ekspert qeyd edib ki, Cocuq Mərcanlı post-konflikt reabilitasiya tədbirlərinin unikal modelidir:

“Əsas məqsəd odur ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun və bundan sonra “Böyük Qayıdış” proqramı tam olaraq icra edilsin. İşğaldan azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələrinin işlənməsi tikinti-abadlıq işlərinin Qarabağın bütün ərazisində eyni vaxtda aparılacağından xəbər verir. Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevrilib. Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri haqlı olaraq ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququndan faydalanırlar”. 



S.Əsədli əlavə edib ki, bu gün isə azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına maksimum qısa müddətdə qayıtması prioritet hədəflər sırasındadır:

“Artıq Füzuli-Şuşa yolunun, Füzuli hava limanının tikintisinə başlanılıb, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməli qoyulub. Beləliklə, şübhə yoxdur ki, Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Təbii ki, Füzuli Beynəlxalq Hava limanından sonra marşrut avtobusunun işə düşməsi infrastruktur baxımından çox önəmlidir və bu, "Böyük Qayıdış"lap bağlı aparılan vacib addımlardan biridir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top