Naxçıvandan Bakıya uçan təyyarə ildırıma görə havaya qalxmadı

SOSİAL 24 iyn 2022, 19:03
Hava şəraiti ilə əlaqədar AZAL-ın Naxçıvandan Bakıya uçan təyyarəsi havaya qalxmayıb.

Demokrat.az xəbər verir ki, artıq bu barədə sərnişinlərə xəbərdarlıq edilib.

Qeyd edək ki, AZAL-ın J2 0256 reysi üzrə saat 18:50-də Naxçıvan Hava Limanından qalxmalıdır. İldirım çaxması və havanın dumanlı olması səbəbindən təyyarənin kapitanı aeroportda gözləmək qərarı qəbul edib.

Təyyarənin Naxçıvan Hava Limanında neçə saat gözləyəcəyi ilə bağlı dəqiq məlumat verilməyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top