İmişlidə toydan çıxan kişidən həmyerlisinə qarşı dəhşətli əməl — Təfərrüat

KRİMİNAL 24 iyn 2022, 11:51
İmişli rayonunda 1985-ci il təvəllüdlü Rəşad həmyerlisi Əşrəfə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il dekabrın 27-də, saat 20 radələrində “Gənclər Mərkəzi” şadlıq sarayının arxa hissəsində baş verib. 

Rəşad şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Əşrəfin ağız nahiyəsinə bir dəfə kəllə, bir dəfə isə yumruqla vuraraq ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Rəşadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, dekabrın 27-də, saat 17 radələrində tanışı Zahidin övladı üçün “Gənclər Mərkəzi” şadlıq sarayında təşkil etdiyi kiçik toy məclisində iştirak edib: “Saat 20 radələrində toyda yeyib-içdikdən sonra siqaret çəkmək üçün sarayın qarşısına çıxdım. Həmin vaxt azyaşlı qızım yanımda olub. Sarayın qarşısında olarkən Əşrəf ünvansız nalayiq ifadələr işlətdiyini eşitdim. Bu səbəbdən ona iradımı bildirdim. Bu vaxt Əşrəf mənimlə işi olduğunu bildirdi, sarayın arxasına keçməyi təklif etdi. Qızımı saraya göndərdikdən sonra Əşrəflə birlikdə sarayın arxasına keçdim. Bu vaxt Əsrəf nalayiq ifadələr işlətdiyi üçün aramızda yaranmış mübahisə zamanı bir dəfə kəllə, bir dəfə isə yumruqla vurdum”. 

Bu cinayət işinə İmişli rayon Məhkəməsində baxılıb. 

Hakim Qurban Hacıyevin sədrliyi ilə baş tutan iclasda hökm elan edilib. 

Hökmə əsasən, təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasın, zərərçəkmişin ondan şikayətçi olmaması nəzərə alınıb. 

Bu səbəbdən Rəşadın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top