QMİ-in sabiq sektor müdiri Elşən Mustafaoğlu azadlığa buraxıldı

SOSİAL 23 iyn 2022, 21:58
Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, tanınmış ilahiyyatçı Elşən Mustafayev (Mustafaoğlu) azadlığa çıxıb.

Bu barədə APA-ya onun ailə üzvləri məlumat verib.

Bildirilib ki, o cəzasının çəkilməmiş hissəsindən azad edilib və bu gün 1 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, Elşən Mustafaoğlu 2014-cü il dekabr ayında ləğv edilmiş Milli Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən tutulub. O Cinayət Məcəlləsinin 274-cü(dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. O, 7 il 6 ay cəzasını çəkib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top