Şuşada qazilərimizə çay vermədilər

SOSİAL 23 iyn 2022, 20:02
Şuşada yerləşən “Qoç Ət” restoranında Vətən müharibəsi qazilərinə hörmətsizlik edilib.

Yenipress.az xəbər verir ki, bu barədə jurnalist Vəfa Şəhlayi məlumat yayıb.

Jurnalistin sosial şəbəkədə paylaşdığı həmin məlumatı təqdim edirik:

“Şuşadakı “Qoç Ət”, səviyyəsizliyin bu qədəri olmaz... Vətən Müharibəsi qaziləri ilə Şuşaya gəlmişik. Günorta yemək yedik deyə bizi qəbul elədilər. Axşam girdik çay içməyə, əvvəlcə dedilər yaxşı, gətirərik. Sonra ofisiant getdi, adminstratorla məsləhətləşib gəldi ki, indi sizə çay verə bilmərik. Çünki Bakıdan qonaqlar gəliblər, millət vəkilləri var, buna görə bizim sadəcə çay sifarişimiz qəbul olunmadı. Gedib dedim ki, millət vəkili bunların sayəsində Şuşadadır, siz utanmırsınız onların formalarından?! Deyir yuxarıda adamlar var, samovarda su qurtarıb...

Bir ara da guya qazilərə endirim PR-ı edirdilər. O da boş şey imiş, yalnız Şuşadakı hərbçilərə və xüsusi endirim kartı olanlara aiddir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top