ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri görüşdü

SİYASƏT 23 iyn 2022, 18:53
ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Vaşinqtonda, Dövlət Departamentində Missiya Rəhbərləri Konfransında səfirlər Deqnan, Litzenberqer və Treysi hər üç ölkədə siyasət və proqramlar barədə fikir mübadiləsi apardılar. Onlar bizim tərəfdaşlığımızı gücləndirmək, müstəqilliyi dəstəkləmək və regionda yaşayanlar üçün daha təhlükəsiz, sabit və firavan gələcəyə kömək etmək öhdəliyimizi vurğuladılar”, - deyə məlumatda qeyd olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top