Bakıda atasını öldürən şəxsə hökm oxundu

KRİMİNAL 23 iyn 2022, 17:31
Bakıda atasını öldürməkdə ittiham olunan İlqar Kərimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

İlqar Kərimov 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin martın 12-də Ramazan Kərimov təzyiq xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsi nəticəsində ölüb. 

Meyitin daxili müayinəsi zamanı mərhumun baş beyin yarımkürələrinin geniş qansızması aşkar olunub.

Qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən təkrar zərbələrlə yetirilməsi zamanı törədilməsi müəyyən edilib. 

Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin oğlu İlqar Kərimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onu baş nahiyəsinə zərbələr vuraraq törədilməsinə əsaslı şübhələr müəyyənləşib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılanıb. 

Ramiz Kərimov barəsində həbs-qətimkan tədbiri seçilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top