Ermənistanın hərbi təlimlər keçirməsində məqsədi nədir? — AÇIQLAMA

GÜNDƏM 23 iyn 2022, 16:31
Ermənistanda ehtiyatda olan hərbçilər avqustun 1-dən oktyabrın 30-dək təlimə çağırılıb. 

Hərbi ekspert Ədalət Verdiyev Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistanda ehtiyatda olan hərbiçilərin təlimlərə cəlb edilməsinə ilk dəfə deyil və bu əvvəllərdə dəfələrlə baş verib. Amma, müharibə başa çatdıqdan sonra Ermənistan hərbi-siyasi rəhbərliyi bu təlimlərin sayını bir qədər artırıb:

“Əslində bunlar planlı tədbirlərdir və daha əvvəlcədən Ermənistan ordusunun hazırlıq planına daxil edilən fəaliyyətlərdən biridir. Görünən odur ki, Ermənistan tərəfi bu təlimlərin sayını artırmaqla, daha çox insanı orduya cəlb etmək, cəlb edildikdən sonra onlara müəyyən şərtlər altında, yəni maaş vermək, orduda müddətdən artıq xidmət etmək üçün təkliflər, müqavilələr ortaya qoymaqla, həmin müqavilələr əsasında Ermənistan ordusunda müharibədən sonra yaranan böyük sayda vakant vəzifələri məhz bu ehtiyatda çağırılanların hesabına doldurmaq istəyir.



Təbii ki, bu, məcburi tədbirdir. Ermənistan tərəfinin ordunun ştatında mövcud olan çox sayda vakansiyaların az hissəsini də olsa bu ehtiyatda çağırılanların hesabına formalaşdırmaq, komplekləşdirmək məqsədi daşıyır”. 

“Ermənistan ordusunun ehtiyatdan səfərbərliyə şəxsləri cəlb etməklə, müharibə hazırlıqlarına başlayacağını düşünmürəm. Müharibə aparmaqdan ötrü daha böyük iqtisadi resurslar, hərbi imkan və vasitələr, o cümlədən ciddi və çox sayda müdafiə potensialı zəruridir. Belə bir imkanlar Ermənistanda hələ tam formalaşmayıb. Ehtiyatdan yüz, iki yüz, yaxud da min adamı orduya çaığırmaq heç də müharibə taleyinə, müharibənin aparılmasına təsir edəcək faktor hesab olunmur. İstənilən halda biz Azərbaycan olaraq bu proseslərin miqyasını, istiqamətini, məqsədlərini və s. nəzarətdə saxlamalıyıq”, - deyə hərbi ekspert qeyd edib. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top